30/05/2012 10:18

X-47B pilotsuz zərbə təyyarəsinin intensiv uçuş sınaqlarına başlayır

ABŞ Ordusu X-47B yeni pilotsuz zərbə təyyarəsinin intensiv uçuş sınaqlarını keçirməyi planlaşdırır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə xarici hərbi KİV-lər məlumat yayıb.

Sınaqlar Merilend ştatındakı Pataksent-River poliqonunda keçiriləcək. Hazırda sınaq qrupu X-47B təyyarəsini ilk uçuşa hazırlayır.

X-47B təyyarədaşıyanın göyərtəsindən qalxa və enə bilən xüsusi olaraq hazırlanmış birinci pilotsuz aparatdır.

İlk olaraq X-47B bütün hərbi təyyarələr kimi, elektron maneələrə və nasazlıqlara qarşı yoxlamadan keçəcək.