19/10/2017 17:17

Xanbala Orucova general-mayor ali hərbi rütbəsi verilib

Azərbaycan prezidenti İlham Əliyev Xanbala Orucovla bağlı sərəncam imzalayıb.

“AzeriDefence” Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq sərəncama əsasən Xanbala Tubail oğlu Orucova general-mayor ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, X.Orucov Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusudur. Prezident 2013-cü ildə onu “İgidliyə görə” medalı ilə təltif etmişdi.