19/07/2019 17:43

Xanlar Vəliyev: Orduda cinayətlərin sayı azalıb

Ötən il Azərbaycan Silahlı Qüvvələrində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub və qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb.

“AzeriDefence”nin məlumatına görə, bunu Azərbaycanın Hərbi prokuroru general-leytenant Xanlar Vəliyev ilin birinci yarısının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində deyib.

X.Vəliyev bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci yarımilində qeydə alınmış xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə cinayətləri 50 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 50 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 7,7 faiz azalıb.

Bildirilib ki, artıq bir neçə ildir hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərk etmə cinayət hadisəsi hesabat dövrlərində qeydə alınmayıb.