14/03/2019 16:57

Xarici hərbi attaşelər Azərbaycan HHQ-nin hərbi hissəsində

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq ziyarəti təşkil olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müxtəlif ölkələri təmsil edən 22 nəfərdən ibarət hərbi attaşeyə əvvəlcə hərbi hissə və onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib.

Hərbi attaşelərin ziyarəti zamanı hərbi hissədə olan əsas texniki nümunələr haqqında məlumat verildikdən sonra onlar praktiki nümayiş etdirilib.

Sonda hərbi hissə tərəfindən xarici qonaqlara Novruz bayramı münasibətilə ziyafət təşkil olunub.