22/11/2018 18:06

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissəni ziyarət ediblər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə və Səngəçal terminalına tanışlıq səfəri təşkil olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

17 dövləti təmsil edən hərbi attaşelik aparatının 20 nümayəndəsinə hərbi hissə və terminal barədə brifinq təqdim olunduqdan sonra onlar ərazi ilə tanış olublar.