11/09/2019 11:14

XDMX-nin xidməti vəzifəsinin icrası zamanı həlak olmuş əməkdaşları şəhid hesab ediləcək

Azərbaycanın Baş naziri Novruz Məmmədov “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Bu barədə “AzeriDefence” Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat verib.

Qərara əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) xidməti vəzifəsinin icrası zamanı həlak olmuş əməkdaşları şəhid hesab edilcək.