24/11/2015 21:21

“Xəzər -2015” təlimi keçirilib -FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə noyabrın 24-də nazirliyin xilasetmə qurumlarının, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və “BP” şirkətinin şəxsi heyətinin iştirakı və xüsusi texnika və avadanlıqları cəlb edilməklə quruda və dənizdə “Xəzər-2015” komanda-qərargah təlimi keçirilib. Bu barədə “AzeriDefence” FHN-nin saytına istinadən məlumat verib.

Fövqəladə Hallar Nazirliyinin qurumlarının fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda təşkil olunan təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçirilib.

Təlimə cəmi 752 nəfər şəxsi heyət, o cümlədən Fövqəladə Hallar Nazirliyindən 600, Müdafiə Nazirliyindən 60, Xüsusi Dövlət Mühafizə Xidmətindən 15, Dövlət Sərhəd Xidmətindən 25, Daxili İşlər Nazirliyindən 22, Səhiyyə Nazirliyindən 10, “BP” şirkətindən 20 nəfər cəlb edilib.

Bundan başqa, təlimə cəmi 101 ədəd xüsusi təyinatlı hava, dəniz və avtomobil texnikası, o cümlədən ümumilikdə 73 ədəd avtomobil texnikası, Fövqəladə Hallar Nazirliyinə məxsus 4 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi, 7-si Fövqəladə Hallar Nazirliyinə, 2-si Müdafiə Nazirliyinə, 2-si isə Dövlət Sərhəd Xidmətinə məxsus olmaqla ümumilikdə 11 ədəd xüsusi təyinatlı gəmi, 10-u Fövqəladə Hallar Nazirliyinə, 2-si Daxili İşlər Nazirliyinə məxsus olmaqla ümumilikdə 12 ədəd sürətli kater cəlb olunub.

Təlimin planına uyğun olaraq, birinci mərhələdə fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza-xilasetmə işləri həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları uğurla yerinə yetirilib.

Sonda təlimdə iştirak edən qüvvə və texnikaların paradı olub.

Qeyd edək ki, təlimdə iştirak edən qurumların, habelə Rusiya və İranın müvafiq dövlət qurumlarının, eləcə də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yüksək səviyyəli nümayəndə heyətləri təlimi canlı izləyiblər.

komanda_qerargah_telimi_31

komanda_qerargah_telimi_1

komanda_qerargah_telimi_2

komanda_qerargah_telimi_8

komanda_qerargah_telimi_21

komanda_qerargah_telimi_9

komanda_qerargah_telimi_18