06/11/2017 23:22

Xızıda 138 ədəd PHS, Ağstafada minaatan mərmisi aşkarlanıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA-nın digər aidiyyati qurumlarla birgə keçirdiyi əməliyyat tədbirləri çərçivəsində noyabrın 6-da yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 əkin sahəsinə, Bakı-Rostov dəmiryolunun 82-ci km-nə, yaşıllaşdırma idarəsinin ərazisinə, dəniz sahilinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Əməliyyat axtarış zamanı 138 ədəd partlamamış hərbi sursat (PHS), 200 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 270 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 924 284 kv.m (92.43 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 62 gün ərzində Xızıda 14 403 ədəd PHS, 6 467 ədəd partlamış-yanmış sursat qalıqları və 61 002 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 60 615 642 kv.m (6 062 ha) ərazi yoxlanılıb. Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Bundan başqa noyabrın 6-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə hərbi şəhərciyə baxış keçirilib. aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 160 mm-lik minaatan mərmisi (OF-853A) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş minaatan mərmisinin ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.