25/10/2017 10:29

Xızıda 66 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib – FOTOSESİYA

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, oktyabrın 24-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 66 ədəd partlamamış hərbi sursat (PHS), 58 ədəd partlamış-yanmış mərmi qalıqları və 995 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 1 297 000 kv.m (129.70 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 52 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 13 254 ədəd partlamamış hərbi sursat (PHS), 5 513 ədəd partlamış-yanmış sursat qalıqları və 48 323 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 51 721 258 kv.m (5 172 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.