27/11/2017 10:53

Xızıda 71 milyon kv.m ərazi partlayıcı sursatdan təmizlənib

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyin və Daxili İşlər Nazirliyin birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 26-da yerli fermer tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 102 ədəd partlamamış hərbi sursat (PHS), 89 ədəd partlamış-yanmış mərmi qalıqları və 219 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 122 300 kv.m (12.23 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 81 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 20 197 ədəd partlamamış hərbi sursat (PHS), 9 725 ədəd partlamış-yanmış sursat qalıqları və 71 049 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 71 059 062 kv.m (7 106 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.