02/12/2017 23:58

Xızıda partlayan anbardan ətrafa dağılan 131 ədəd partlayıcı sursat götürülüb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin sursat anbarında baş vermiş partlayışla əlaqədar əməliyyatları davam etdirir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, dekabrın 2-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 131 ədəd partlamamış hərbi sursat (PHS), 548 ədəd partlamış-yanmış mərmi qalıqları və 436 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 167 000 kv.m (16.70 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 86 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 20 845 ədəd partlamamış hərbi sursat, 10 893 ədəd partlamış-yanmış sursat qalıqları və 73 684 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 72 207 512 kv.m (7 221 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.