31/10/2017 22:40

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 115 ədəd partlamamış sursat aşkarlanıb – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin sursat anbarında baş vermiş partlayışla əlaqədar əməliyyatları davam etdirir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, oktyabrın 31-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib. Əməliyyat axtarış zamanı 115 ədəd partlamamış hərbi sursat (PHS), 75 ədəd 31 partlamış-yanmış mərmi qalıqları və 1 463 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 124 100 kv.m (112.41 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 59 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 43 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 13 992 ədəd partlamamış hərbi sursat (PHS), 6 074 ədəd partlamış-yanmış sursat qalıqları və 57 719 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 58 433 258 kv.m (5 843 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.