30/03/2013 08:51

Xorvatiya Azərbaycanla minatəmizləmə sahəsində birgə işlər həyata keçirmək istəyir

Xorvatiya Azərbaycanla Mərkəzi Asiya və Türkiyə regionunda minatəmizləmə sahəsində birgə işlər həyata keçirməyə maraq göstərir. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyevin Xorvatiya Mina Əməliyyatları Mərkəzində (CROMAC) keçirdiyi görüşdə müzakirələr aparılıb.

CROMAC-ın məlumatına görə, görüş zamanı səfirə Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Həmçinin Mərkəzi Asiya regionunda mina mütəxəssislərinə təlimlərin keçirilməsi, Türkiyədə sərhədlərin minalardan təmizlənməsi layihəsi üzrə birgə əməkdaşlığa dair müzakirələr aparılıb.

CROMAC rəhbərliyi tərəfindən səfir K. Xasıyev aprel ayında keçiriləcək “Humanitarian Demining 2013” beynəlxalq mina təmizləmə simpoziumuna, ANAMA-nın direktoru Nazim İsmayılovu isə Xorvatiyaya səfərə dəvət edilib.