26/01/2018 16:56

Xorvatiya İsraildən ikinci əl F-16 təyyarələri alır

İsrail və Xorvatiya hökumət rəhbərləri sovet istehsalı olan köhnə MiQ-21 döyüş təyyarələrini əvəz edəcək ikinci əl F-16 qırıcıların əldə edilməsi ilə bağlı razılığa gəliblər.

“AzeriDefence” “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, hər iki dövlətin hökumət başçıları Binyamin Netanyahu və Andrey Plenkoviç dünən Davosda keçirilən konfransda görüşüblər.

“Görüş zamanı İsrailin Xorvatiyaya F-16 qırcılarının satışının həyata keçirilməsi haqda qərar qəbul edilib”, – deyə İsrail hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Həmçinin bildirilib ki, əldə olunan razılaşmalar iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. İsrailin “Globus” nəşrinin məlumatına görə, əldə olunan razılaşmanın dəyəri yarım milyard dollar təşkil edir.