30/11/2012 12:41

Xorvatiyada keçirilən seminarda ANAMA-nın təcrübəsindən bəhs edilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlyin (ANAMA) nümayəndəsi Xorvatiyada keçirilmiş Cənub-Şərqi Avropada mina təmizləmə əməliyyatlarında keyfiyyətin idarə edilməsi sistemləri üzrə regional seminarda iştirak edib. Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Seminarda ANAMA-nın keyfiyyətin idarə edilməsi üzrə baş mütəxəssisi Fikrət Əliyev iştirak edib.

Cenevrə Beynəlxalq Humanitar Mina təmizləmə Mərkəzi (GİCHD) və Xorvatiyanın CROMAC minatəmizləmə mərkəzinin təşkilatçılığı ilə noyabrın 19-dan 24-dək keçirilmiş seminarda Balkan ölkələrindən və Azərbaycandan milli mina təmizləmə mərkəzlərinin müvafiq strukturlarının nümayəndələri iştirak ediblər. Seminarın bir günü ANAMA-nın təcrübəsi və tətbiq etdiyi keyfiyyəti idarəetmə sisteminə həsr olunub.