24/06/2017 11:14

“Xrizantema-S” TƏİR kompleksləri Azərbaycana gətirilib – FOTOLAR

Azərbaycan ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiyadan alınmış hərbi texnikanın növbəti partiyası Azərbaycana gətirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın vaxtlarda cəbhəboyu zonaya göndəriləcək.

Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrin ön xətt bölmələrinin döyüş və manevr imkanlarını artıracaq.

Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi davam edəcək.

Eyni zamanda 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində “Rosoboroneksport” SC-nin Baş direktoru Aleksandr Mixeyev birincilər sırasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənəvun adına təbrik məktubu ünvanlayıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı fotolarda ölkəyə gətirilən hərbi texnikalar arasında “Xrizantema-S” özüyeriyən tank əleyhinə komplekslərin olduğu görünür.