02/04/2018 12:16

Xüsusi təyinatlı təhsil müəssisələrinə sənədlərin qəbulu başlayıb

Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə sənədlərin qəbulu başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sənədlərin qəbulu cari ilin aprelin 1-dən 30-dək həyata keçiriləcək.

Qəbul qaydaları ilə bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından əldə etmək olar.

https://mod.gov.az/az/news/herbi-qulluqcu-hazirlayan-xususi-teyinatli-tehsil-muessiselerine-qebul-qaydalari-19054.html