22/03/2016 14:01

YALQUZAQ snayper tüfəngi

Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 10 il ərzində Azərbaycan Silahlı Qüvvələrinin və digər güc strukturlarının atıcı silahlar, onların ehtiyat hissələri, döyüş sursatları ilə təchizatının önəmli hissəsini yerli müəssisələrin hesabına qarşılamağa nail olub. Bununla bərabər son illərdə Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən nazirliyin müəssisələrində istehsal edilən hərbi təyinatlı məmulatların xaricə ixracatı sahəsində də müəyyən layihələr həyata keçirilməkdədir. Qısa müddətdə yeni silahların yaradılması və istehsalı sahəsində uğurlara imza atan MSN-in mütəxəssisləri tərəfindən hazırlanan silahların çeşidi ilbəil genişləndirilir. Azərbaycanın qatıldığı beynəlxalq müdafiə sənayesi sərgilərində uğurla nümayişə çıxarılan bu məmulatlar hərbi mütəxəssislər tərəfindən maraqla qarşılanır.

Azərbaycan MSN-in mühəndissləri tərəfindən yaradılmış məhsullar arasında snayper tüfəngləri xüsusi yer tutur. 2008-ci ildə “İstiqlal” (İST-14.5) anti-material snayper tüfəngi ilə debüt edən MSN sonrakı illərdə bu sıraya “İstiqlal” ailəsindən 12.7 mm çaplı digər silahı (“Mübariz”), 7.62×51 mm çaplı “Yalquzaq” və 7.62×54 mm “Yırtıcı” adı verilmiş digər snayper tüfəngini daxil etdi. Yalquzaq sn (4)

Azərbaycan hərbi sənayesinin istehsalı olan silahlardan bu dəfəki yazımızda artıq seriyalı istehsalına start verilmiş “Yalquzaq” snayper tüfəngindən bəhs edəcəyik.

NATO kalibrində ilk silah

7.62×51 mm(.308 Win) çaplı “Yalquzaq”Azərbaycan MSN-in mühəndisləri tərəfindən yaradılmış və tam olaraq NATO standartlarına cavab verən ilk milli silahdır. Məhz “Yalquzaq” snayper tüfənginin özəlliklərindən bəhs edilərkən ilk olaraq bu məqamın üzərində dayanılır.

Zavod sınaqlarını tamamlayan “Yalquzaq” sınaqlar zamanı qoyulan tələbləri qarşılayaraq həm dəqiqlik, həm erqonomika, həm də keyfiyyət baxımından qarşıya qoyulan tələblərə tam cavab verdiyini sübuta yetirib. Hazırda seriyalı istehsal mərhələsində olan snayper tüfənginin paralel olaraq Silahlı Qüvvələrin xüsusi komissiyasında son sınaqları aparılır.

Snayper tüfənginin istehsal prosesi ilə tanışlıq zamanı AZERİ DEFENCE-nin əməkdaşlarına məlumat verilib ki, yaradılmadan istehsala qədər bütün proseslər tam şəkildə MSN-in yerli müəssisəsində həyata keçirilir. Burada lülə və bəzi kiçik detalları istisna olunmaqla, silah tam şəkildə istehsal edilir, dəstləşdirildikdən sonra testlərə verilir. Artıq atıcı silahlar üçün lülə istehsalı prosesinin MSN-də mənimsənilməsi prosesi yekunlaşmaq üzərədir. Proses başa çatdıqdan sonra, “Yalquzaq” da daxil olmaqla, yerli mühəndislər tərəfindən yaradılmış bütün silahların lülələrinin istehsalı Azərbaycanda sıfırdan həyata keçiriləcək.

Yalquzaq sn (6)Eksperimental nümunəsi ilk dəfə 2012-ci ilin dekabr ayında prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasimdə təqdim olunan “Yalquzaq” sonrakı dövrlərdə Türkiyədə İDEF-2013 və İDEF-2015, Malayziyada DSA-2014, Birləşmiş Ərəb Əmirliklərində İDEX-2015 və Bakıda ADEX-2014 beynəlxalq müdafiə sərgilərində MSN tərəfindən nümayiş etdirilib. MSN rəsmilərinin sözlərinə görə, bir sıra ölkələrdən bu snayper tüfənginə ciddi maraq ifadə olunub və ixracatı istiqamətində görüşlər olub.

Qeyri-avtomatik (bolt action) əl ilə doldurulan iş prinsipinə malik “Yalquzaq” snayper tüfəngi müxtəlif istismar şərtlərində havanın 93-97% nisbi rütubətliliyində, 50 dərəcə soyuq və istidə, yağış, toz və qarlı şəraitdə istismar oluna bilir.“Yalquzağ”ın hissələri yüksək möhkəmliyə malik alüminium xəlitədən hazırlanıb. Testlərdən əldə edilmiş nəticələr əsasında silah əvvəlki nümunəsi ilə müqayisədə ümumi konstruksiya və ballistik xüsusiyyətlər saxlanılmaqla, müəyyən dəyişikliklərə məruz qalıb.

Çəkisi boş halda 7.1 kq təşkil edən “Yalquzaq” snayper tüfəngi 10 patron tutumlu daraqla dəstləşdirilir və döyüş atəş tezliyi dəqiqədə 10-15 atışdır. Testlər zamanı bu silahla 1000 metr məsafədə hədəflərin yüksək dəqiqliklə vurulması qeydə alınıb.

Dünyanın tanınmış brendlərinə rəqib

Mütəxəssislərin dəyərləndirmələrinə görə, yaradılması və inkişafı çox diqqətlə və dəqiqliklə həyata keçirilmiş “Yalquzaq” özünün taktiki-texniki xüsusiyyətlərinə görə, son 10 ildə dünyada öz sinfində populyar olan JNG-90 “Bora-12” (Türkiyə), “Truvelo CMS-7.62” (CAR), CDX Lite, CDX Tac (Kanada), “Orsis T-5000” (Rusiya), Accuracy International AX308(İngiltərə), APR 308 (İsveçrə) kimi snayper tüfəngləri ilə rəqabət apara biləcək silahlardandır. Hətta bəzi göstəricilərinə görə adıçəkilən rəqiblərindən üstünlüklərə sahibdir.

Yalquzaq sn (1)“Yalquzaq” snayper tüfəngində atəş zamanı nişanalma əməliyyatını rahatlaşdırmaq üçün yığılan qundağın konstruksiyasında qalxma hündürlüyü nizamlanan yanaq və yuxarı-aşağı hərəkət edən arxalıq nəzərdə tutulub.

Qundaq hissə və yanaq atıcının bədən ölçülərinə uyğun tənzimlənir. Bundan başqa, “Yalquzaq”da qundaq yürüş vəziyyətində sola doğru qatlanır. Müqayisə üçün bildirək ki, qeyd olunan tətbiq öz sinfində tanınmış Türkiyə istehsalı olan JNG-90 “Bora-12” snayper tüfəngində mövcud deyil.

Hərbçilərin sözlərinə görə, “Yalquzaq” bu və digər xarakteriskalarına görə, həm “Bora-12”, həm də CAR-ın “Truvelo” şirkətinin CMS-7.62 snayper tüfənglərini üstələyir. Qundağın qatlanması öz növbəsində həm silahın daşınmasını asanlaşdırır, həm də sola qatlanma döyüşçülərə tüfəngdən qundaq yığılmış vəziyyətdə belə atışlar həyata keçirmək imkanı qazandırır.

Mütəxəssislərin fikrincə, bəzi istehsalçılar hərəkətdə olarkən, yaxud paraşütlə tullanma zamanı çağmağın düşməsini düşünərək, snayper tüfənglərində qundağın sağa yığılmasını tətbiq edirlər. Bu da qundaq qatlanılmış halda atəş açmağa maneçilik yaradır. “Yalquzaq”da çağmağın zərbədən yerindən çıxıb düşmə imkanı yoxdur və bu səbəbdən silahda qundağın sola qatlanması prinsipi tətbiq olunur. Bütün bu göstəricilər nəzərə alınmaqla, daşınma rahatlığı və erqonomikası baxımından “Yalquzaq” xüsusi təyinatlılar və hava-desant qoşunları üçün ideal seçim hesab oluna bilər. Qeyd edək ki, snayper tüfənginin ümumi uzunluğu 1170 mm, lüəsinin uzunluğu isə 660 mm təşkil edir. Qundağı yığılmış vəziyyətdə isə silahın uzunluğu 950 mm olur. Teleskopik qundağın uzunluğu atıcının anatomiyasına uyğun olaraq 75 mm-dək tənzimlənir.

Yalquzaq sn (2)Silahın ön hissəsində ikiayağı və qundaq altında isə qatlanan dayaq tətbiq edilib ki, bu da atışlar zamanı yüksək dəqiqliyin təmin edilməsində rol oynayır. Atıcı ayaq üstə olduğu zaman ikiayağı yığmaqla silahdan atəş aça bilir. Sərt ayaqlar atış zamanı titrəmə yaratmır.Silahın tapança dəstəyi kompozit materaldan hazırlanıb və atıcının əlinə sabit oturması ücün işlənib. Silahda tətbiq olunan yeni texnologiyageriyətəpmənin maksimum azaldılmasına gətirib cıxarıb ki,bu da operativ olaraq ikinci atəşin acılması zamanı atıcıya əlavə şans verir.

Mütəxəssislərin sözlərinə görə, “Yalquzaq” snayper tüfəngində Azərbaycan hərbi sənayesində dəfə olaraq tətiyin tənzimlənməsi mexanizmi tətbiq edilib. Bu da tətik mexanizminin sərtliyini, məsafəsini atıcının rahatlığı üçün öncədən nizamlamağa imkan verir. Tüfəngin zərbə-tətik mexanizmi xüsusi dizayn üzrə hazırlanıb (3 elementdən ibarətdir) ki, bu da qısa zaman kəsiyində ona texniki qulluq göstərməyə və dəyişməyə imkan yaradır.

Silahın lüləsində əlavə sərtlik, çəkinin yüngülləşdirilməsi və soyumanın yaxşılaşdırılması məqsədi ilə kanallar açılıb. Lülənin qutu ilə birləşdiyi müstəvidə yeni bir qurğu–montaj şınası nəzərdə tutulur. Bu örtüyün yan hissələrində olan acıq sahələr atəş zamanı lüləyə əlavə soyudulma funksiyası gətirir ki, öz növbəsində bu da lülənin davamlılığını və xidmət müddətini artırır.Məhz lülənin üzərində açılımış kanallar lülənin soyudulması və onun hava axınını lazımınca istifadə etmə funksiyasını mühəndislərimizin silah yaradıcılığında uğuru kimi qiymətləndirmək olar. Yuxarıda qeyd olunduğu kimi, bu yanaşmahəm lülənin yüngüllüyünü, həm soyudulmasını,həm onun istismar müddətinin artmasını və sonda isə silahın keyfiyyətli və dəqiq atəş açması funksiyasını qabardır.

Yalquzaq sn (1)Silahın mühüm özəlliklərindən biri də üzərində optika və müxtəlif aksesuarlarla dəstləşdirmək üçün MİL 1913 NATO standartına uyğun “Picatinni”tipli tamasaların olmasıdır. MSN müəssisəsində hazırlanmış bu tamasalar vasitəsiilə silahın üst qisminə və yanlarda müxtəlif aksesuarların əlavə edilməsi imkanları mövcuddur. Snayper tüfəngi baza versiyada və ixraca MSN “Alov” zavodunun istehsalı olan STON optik nişangahlarla dəstləşdirilmiş şəkildə təklif olunur. Optik nişangahla yanaşı mexaniki nişangahla “Yalquzaq”dan 600 metrədək məsafədə hədəflərə sərrast atəş açmaq mümkündür.

Snayper tüfəngində təkmilləşdirilmiş lüləağzı əyləcdən istifadə olunur. Əyləc dəyişən və çoxkameralıdır. Bu müxtəlif əməliyyatlar zamanı fərqli konstruksiyalı əyləclərdən istifadə etmək imkanı qazandırır. Əməliyyat ehtiyaclarına uyğun olaraq “Yalquzaq” həm də müxtəlif ölkələrin istehsalı olan səsboğucu ilə də dəstləşdirilə bilir.

AZERİ DEFENCE jurnalı № 1(21) 2016