16/03/2013 16:43

“Yalquzaq” snayper tüfəngi testlərdə – EKSKLÜZİV – FOTO

Cəbhədə yeni kabusAzərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mühəndisləri tərəfindən yaradılmış “Yalquzaq” adlı yüngül snayper tüfənginin testləri keçirilir.

“AzeriDefence” jurnalının məlumatına görə 7.62×51 mm çaplı snayper tüfənginin yaradılma mərhələsi artıq başa çatdırılıb.

“Yalquzaq”ın atış məsafəsi 1000 metr, darağının tutumu 10 patron, çəkisi isə 7.1 kq-dır.

Qeyd edək ki, MSN mühəndisləri tərəfindən yaradılmış bu yüngül çəkili snayper tüfəngi barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayında nazir Yavər Camalov açıqlayıb. Snayper tüfəngi 2012-ci il, dekabrın 17-də dövlət başçısına təqdim olunub.

Foto AZERİ DEFENCE jurnalına məxsusdur. İstifadə zamanı mənbənin göstərilməsi mütləqdir!