16/11/2017 18:26

Yaponiya F-3 qırıcının yaradılma layihəsini dayandırdı

Yaponiya F-3 döyüş təyyarəsinin yaradılma layihəsini dondurub.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Yaponiya hökuməti maliyyə problemləri və Ordunu qısa müddətdə silahlandırmaq ehtiyacı səbəbindən F-3 döyüş təyyarəsinin istehsalını dayandırmağa qərar verib.

Yaponiyanın F-3 qırıcılarını istehsal etməsi üçün 40 milyard ABŞ dollarından çox vəsait tələb olunur.

F-3 döyüş təyyarələrinin istehsalının davam etdirilməsi haqqında qərarın 2018-ci ildən sonra verilə biləcəyi vurğulanıb. Yalnız bundan sonra F-3-lər beşillik müdafiə planı çərçivəsində 2019-cu ildən başlayaraq istehsal oluna bilər.

Nəşr qeyd edir ki, Yaponiya ABŞ-dan F-35 təyyarələri, “Raytheon” şirkətinin istehsalı olan raketləri və s. hərbi texnikaların satın alınmasını nəzərdən keçirir.