27/02/2018 13:13

Yaponiya orbitə cəsus peyk buraxıb

Bu gün Bakı vaxtı ilə 08:34-də Yaponiya prefekturasında Kaqosima kosmodromunda H2-A raket daşıyıcısı ilə “Mitsubishi Electric” tərəfindən istehsal olunan yeni nəsil “IGS-Optical 6” kəşfiyyat peykinin uçuşunu həyata keçirib.

“AzeriDefence”nin JAXA agentliyinə istinadən verdiyi məlumata görə, “IGS-Optika 6” optik kəşfiyyat peyki gündüz yer səthinin çəkilişi üçün nəzərdə tutulub.

Xatırladaq ki, hazırda Yaponiyanın iki optik peyki “Koğaku-3” və “Koğaku-4” orbitdə mövcutdur. Yaponiya bundan başqa orbitdə havanın pis vaxtlarında və gecə şəraitində yerin səthini çəkən üç radar peykinə malikdi.

Peyk-casusu Yaponiyanın həyata keçirdiyi dövlət proqramının bir hissəsidi. Bu proqrama əsasən Yaponiyanın məqsədi peykdən məlumatların toplanmasıdı.

Peyk vasitəsi ilə kəşfiyyat məlumatlarının toplanmsa üçün Yaponiya 500 milyon dollar xərcləməli olur. Peyklərin yaradılmasında əsas məqsəd isə Koreya Xalq Demokratik Respublikasında (KXDR) keçirilən raket sınaqlarını və hərbi obyektlərin izlənilməsi üçündü.