29/01/2016 10:59

Yaponiya yeni döyüş təyyarəsini təqdim edib

Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkəti ATD-X “Shinshin” layihəli ilk döyüş təyyarəsinin təqdimatını keçirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə,  X-2 şərti adı ilə nümayiş olunan təyyarənin texnologiyası haqqında məlumat verilib. Təyyarənin layihəsi Yaponiya Müdafiə Nazirliyi yanında Texniki Konstruktor-Layihələndirmə İnstitutunda hazırlanıb.

Təqdimat isə Naqoi hava limanında keçirilib.

Təyyarənin uzunluğu 14,2 metr, qanadları ilə birgə eni 9,1 metrdir. Qiyməti 325 milyon dollar olan təyyarənin XF5-1 markalı iki mühərriklə təchiz olunub.

“Shinshin” çoxrejimli AFAR radiolakasiya stansiyası ilə təchiz olunacaq.

Lakin təyyarə silahlı qüvvələrə verilməyəcək. Layihənin texniki parametrləri F-3 döyüş təyyarəsinin yaradılması zamanı bu texnikaya inteqrasiya ediləcək.

2018-ci ilin sonlarına kimi F-3-ün yaradılmasına dair işlər yekunlaşmalıdır. İlk prototipin havaya qalxması isə 2024-2025-ci illərdə nəzərdə tutulub.