10/01/2018 11:36

Yaponiyanın səsdən sürətli “hava-səth” raketi seriyalı istehsala hazırdır

Yaponiyanın ilk səsdən sürətli “hava-səth” tipli XASM-3 raketinin yaradılma prosesi tamamlanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Yaponiya Müdafiə Nazirliyi xəbər yayıb.

Yerli imkanlar hesabına hazırlanan XASM-3 raketlərinin 2019-cu ildən etibarən seriyalı istehsalına başlanacağı planılaşdırılıb. XASM-3 “Mitsubishi Heavy Industries” şirkəti tərəfindən 2003-ci ildə yaradılmasına başlanılıb. 2005-ci ilin iyulundan bu yana ümumilikdə 15 testdən keçən raketlərin sınaqları ötən ilin sonunda tamamlanıb.

Yaponiya Hərbi Hava Qüvvələrinə məxsus F-2 döyüş təyyarələrində istifadə ediləcək XASM-3 raketləri “Mach 3” sürətinə sahibdir. Raket iri həcimli gəmiləri məhv etmək üçün nəzərdə tutulub. XASM-3 hazırda silahlanmada olan ASM-1 və ASM-2 raketlərini əvəzləyəcək.

XASM-3 raketi “Meteor” mühərriki ilə təchiz edilib. Raketin maksimum uçuş məsafəsi 150 km-dir.