27/07/2016 14:09

Yavər Camalov “Araz” zavodunda baş vermiş hadisə nəticəsində dünyasını dəyişənlərin dəfninə qatılıb

Müdafiə Sənayesi naziri Yavər Camalov Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanları ziyarət edib və dünyasını dəyişənlərin dəfn mərasimlərinə qatılıb.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Yavər Camalov Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıları ötən gün ziyarət edib və səhhətləri ilə maraqlanıb.

Nazir bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində də iştirak edib.

Yavər Camalovun tapşırığına əsasən zərərçəkənlərə və onların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödənilir.