16/05/2018 17:34

Yavər Camalov Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədrini qəbul edib

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir, Oleq Dviqalyovu Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə sədr təyin olunması münasibətilə təbrik edib və nazirliyin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüşdə Azərbaycan ilə Belarus arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf persperktivlərinə dair fikir mübadiləsi aparılıb.