19/06/2017 12:44

Yavər Camalov Belarusun Azərbaycandakı səfirini qəbul edib

İyunun 19-da müdafiə sənayesi naziri Yavər Camalov Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçi qəbul edib.

Bu barədə “AzeriDefence” Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Görüş zamanı nazir Y. Camalov Azərbaycan ilə Belarus arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Belarusun Azərbaycandakı hərbi attaşesi polkovnik Andrey Lemeşevski də görüşdə iştirak edib.