29/09/2016 21:55

Yavər Camalov Çinin ”Poly Technologies” şirkətinin nümayəndəsini qəbul edib

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Çinin ”Poly Technologies” şirkətinin vitse-prezidentini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 29-da  müdafiə sənayesi naziri Yavər Camalov ADEX 2016 – 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə qatılan Çinin ”Poly Technologies” şirkətinin vitse-prezidenti Dai Ninqin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dai Ninq ADEX-2016 sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb.