31/05/2016 16:17

Yavər Camalov Əfqanıstanın Təhlükəsizlik Şurasının katibini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzəriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Y. Camalov Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb