30/09/2015 17:16

Yavər Camalov İsrailin Azərbaycandakı səfirini qəbul edib

Bu gün  müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri  Dan Stavı  qəbul edib.

Bu barədə “AzeriDefence”yə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə səfiri salamlayan nazir Yavər Camalov ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Səfir Dan Stav səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.