12/04/2018 17:36

Yavər Camalov Malayziyanın Azərbaycandakı səfirini qəbul edib

Aprelin 12-də müdafiə sənayesi naziri Yavər Camalov Malayziyanın Azərbaycandakı səfiri Roslan Tan Sri Abdul Rahmanı qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Malayziya arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev də iştirak edib.