16/02/2017 13:03

Yavər Camalov Qətərin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov Qətərin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Y. Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan ilə Qətər arasındakı əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb. Y. Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.

Yusif bin Həsən əl-Sai səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.