20/04/2015 22:00

Yavər Camalov İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İranınmüdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Yavər Camalov Azərbaycan ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.

Nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.