21/09/2013 11:18

Yavər Camalov İtaliya səfirini qəbul edib

Müdafiə sənayesi naziri Yavər Camalov İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Giampaolo Kutillonu qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən (MSN) məlumat verilib.
Səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan nazir Azərbaycan ilə İtaliya arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini bildirib.

Səfir səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə məlumat verilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.