26/01/2013 11:38

Yavər Camalov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Yanvarın 24-də müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri İsmail Alper Coşkunu qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan nazir Y. Camalov Azərbaycan ilə qardaş ölkə Türkiyə arasındakı ikitərəfli əlaqələrin böyük inkişaf yoluna qədəm qoyduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti və Türkiyənin hərbi sənaye kompleksinə daxil olan qurumlarla əməkdaşlığı barədə səfirə məlumat verib.

İsmail Alper Coşkun səmimi qəbula görə minnətdarlığını bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.