08/10/2013 12:38

Yavər Camalov Yunanıstanın Azərbaycandakı səfirini qəbul edib

Sentyabrın 7-də müdafiə sənayesi naziri Yavər Camalov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqasını qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Nazir Yavər Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan ilə Yunanıstan arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə məlumat verilib.

Dimitrios Tsounqasın səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.