01/08/2018 18:00

Yəhya Musayev Avstriya nümayəndə heyətini qəbul edib

Avqustun 1-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin əməkdaşlıq təşkilatının müdiri Verner Müllerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Yəhya Musayev Azərbaycan ilə Avstriya arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.

Görüşdə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex də iştirak edib.