24/09/2018 13:11

Yəhya Musayev: “Azərbaycan xarici ölkələrə silah satışını artırıb”

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan silahların xarici ölkələrə satışı artırılıb.

“AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Nazir müavini bildirib ki, əsasən atıcı silahların satışı artıb:

“Azərbaycanın silah satdığı əsas ölkələr Asiya, Afrika və Yaxın Şərq ölkələridir”.