25/09/2018 17:36

Yəhya Musayev Özbəkistanın müdafiə nazirinin müavinini qəbul edib

Sentyabrın 25-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda keçirilən ADEX-2018 üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində Özbəkistanın müdafiə nazirinin müavini, polkovnik Suxrat Xalmuxamedovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin başçısı ADEX-2018 sərgisinə dəvət olunduqları üçün təşəkkürünü bildirib. Suxrat Xalmuxamedov Müdafiə Sənayes Nazirliyin fəaliyyətini yüksək qiymətləndirdiyini və hərbi sənaye sahəsində ikitərəfli əməkdaşlıq niyyətində olduqlarını bildirib.