27/09/2018 15:22

Yəhya Musayev “Rosoboronexport” şirkətinin nümayəndəsi ilə görüşüb

Sentyabrın 27-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində Rusiyanın “Rosoboronexport” şirkətinin  baş direktorunun baş müşaviri Esen Topoyevi qəbul edib.

“AzeriDefence”nin məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlığın inkişafına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Esen Topoyev “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb və belə bir möhtəşəm tədbirə qatıldıqları üçün böyük məmnunluq hissi duyduğunu bildirib.