23/10/2018 15:47

Yəhya Musayev Rusiyanın sənaye və ticarət nazirinin müavini ilə görüşüb

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəvəti ilə Moskvada səfərdədi.

MSN-in mətbuat xidmətindən “AzeriDefence” verilən məlumata görə, səfər çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin Rusiyanın sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev ilə görüşü olub.

Görüşdə iki ölkənin müdafiə sənayesi üzrə fəaliyyət göstərən qurumları arasında mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Eyni zamanda, əməkdaşlığın genişləndirilməsinə dair hər iki tərəfin niyyəti ifadə olundu və geniş fikir mübadiləsi aparılaraq prioritet istiqamətlər üzrə razılıq əldə edilib.

Nazir müavini Yəhya Musayev dəvətə və səfərin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.