25/09/2018 17:50

Yəhya Musayev Serbiya nümayəndə heyətini qəbul edib

Sentyabrın 25-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində Serbiyanın müdafiə nazirinin müşaviri Nenad Miloradoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir  mübadiləsi aparılıb. Nenad Miloradoviç “ADEX-2018”  üçüncü Beynəlxalq müdafiə sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.