27/09/2018 15:27

Yəhya Musayev Sudanın Müdafiə Sənayesi Təşkilatının icraçı direktoru ilə görüşüb

Sentyabrın 27-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində Sudanın Müdafiə Sənayesi Təşkilatının icraçı direktoru, general-mayor  Dafa Alla Khamis Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“AzeriDefence”nin məlumatına görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Nümayəndə heyətinin başçısı “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb və tədbirə dəvətə görə təşəkkürünü bildirib.