25/09/2018 17:42

Yəhya Musayev Türkiyənin SSB başqan müavini ilə görüşüb

Sentyabrın 25-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev  ADEX-2018 üçüncü Beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin müdafiə sənayesi başqanlığının (SSB) başqan müavini Faruk Yigitin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki qardaş ölkə arasında mövcud olan əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Faruk Yigit ADEX-2018 sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.