02/10/2017 10:28

Yəməndə ABŞ-a məxsus PUA belə vuruldu – VİDEO

Yəməndə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus məsafədən idarə olunan MQ-9 “Reaper” pilotsuz uçuş aparatı (PUA) vurulub.

Bu barədə “AzeriDefence” “RİA Novosti” agentliyinə istinadən xəbər verib.

MQ-9 “Reaper” PUA Yəmən üsyançıları tərəfindən paytaxt Sənanın şimal ərazisində məhv edilib.

Qeyd edək ki, müasir MQ-9 “Reaper” pilotsuz uçuş aparatları cari ildə ABŞ HHQ-nin istismarına verilib. MQ-9 “Reaper” ABŞ Ordusunda 21 il istismarda olan, 2017-ci il iyulun 1-dən etibarən hərbi aviasiya parkından çıxarılan MQ-1 “Predator” pilotsuz uçuş aparatlarını əvəz edib. MQ-9 PUA-lara çoxfunksiyalı aktiv sensor, yüksək daşıma qabiliyyəti və artırılmış sürətinə görə üstünlük verilib.