Yəmənin Baş Qərargah rəisi Səudiyyə sərhədi yaxınlığında minaya düşüb

Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Taher al-Ukaylinin maşını minaya düşüb.
“AzeriDefence” xəbər verir ki, bu barədə “RİA Novosti” Yəmən hərbi mənbəyinə istinadən məlumat yayıb.
Səudiyyə Ərəbistanı sərhədi yaxınlığındakı Əl-Cauf əyalətinin Hubb ya Əş-Şəəf rayonunda baş verən mina partlaması nəticəsində qolundan yaralanan general Taher əl-Ukayli xəstəxanaya çatdırılıb.
Avtomobildə Baş Qərargah rəisi ilə birgə Əl-Cauf əyalətinin qubernatoru, general-mayor Amin əl-Ukaymi də olub. Qubernatorun səhhəti qənaətbəxş hesab olunur.