28/11/2016 20:35

Yeni atış-kontrol radarı ilə ATAK helikopterinin döyüş qabiliyyəti artırılacaq

Türkiyənin “Meteksan Savunma” şirkəti tərəfindən milli olaraq hazırlanan MİLDAR atış-kontrol radarının T-129 ATAK helikopterinə inteqrasiyasına yönəlik çalışmalarda sona gəlinib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Meteksan Savunma” şirkəti öz “Twitter” səhifəsində duyurub.

Şirkət radarın qurulacağı yerlə bağlı bütün alternativlərin nəzərdən keçirildiyini və hələ ki bunun tam dəqiqləşmədiyini bildirib.

Türkiyə mediası isə radarın helikopterin asmasının altına və ya rotorun üst qisminə inteqrə edilməsi məsələsinin müzakirə olunduğunu yazıb.

Millimetrik dalğa diapazonunda çalışan, helikopterə atış-kontrol və uçuş dəstəyi təmin edən MİLDAR hər cür hava şəraitində hədəflərin təsbitini və izlənməsini, o cümlədən helikopterin önündəki əngəllər barədə informasiyanın əldə olunmasını həyata keçirir. Düşmənin qarşı tədbir sistemləri tərəfindən yaxalanma imkanı az olan radar kiçik qabaritə və yüngül çəkiyə malikdir. Sürətli şəkildə, 360 dərəcə ətrafda hədəflərin təsbitini həyata keçirən radarın əldə etdiyi hədəf informasiyaları ekran üzərindən pilota bildirir. Eyni anda birdən çox hədəfə anqajman imkanı verərək helikopterin döyüş qabiliyyətini artırır.

MİLDAR eyni zamanda ekran üzərində uçuşun həyata keçirildiyi ərazinin profilini yaradır.

Müdafiə Sənayesi Katibliyi ilə “Meteksan Savunma” arasında MİLDAR-ın yaradılmasına dair müqavilə 2013-cü ildə imzalanıb.

mildar