12/01/2018 09:42

Yeni BMPT “Terminator” T-90A şassisi üzərinə inteqrasiya olunub

Rusiya Silahlı Qüvvələri “Uralvaqonzavod” Dövlət Şirkətindən BMPT “Terminator” atəş dəstəyi maşınlarının növbəti partiyasını alacaq.

Bu barədə “AzeriDefence” Rusiya mediasına istinadən xəbər verib.

2018-ci ilin martında həyata keçiriləcək tədarük paketinə 11 ədəd BMPT atəş dəstəyi maşınları daxildir.

Bundan əvvəlki tədarükdən fərqli olaraq, yeni BMPT “Terminator” T-72A şassisi üzərində deyil, T-90A şassisi üzərinə inteqrasiya olunub. Zirehli atəş dəstəyi transportyorunun yeni adı hələki açıqlanmayıb.