28/03/2016 10:30

Yeni geyim döyüşçünü “görünməz” edəcək

Böyük Britaniya şirkəti döyüşçülər üçün yeni hərbi-səhra geyimi hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, innovativ hesab olunan “Vatec” adlı materialdan hazırlanan geyim döyüşçüyə infraqırmızı və hətta termal cihazdan yayınmağa imkan yaradacaq.

Yeni materialdan hazırlanan geyim artıq  sınaqdan çıxarılıb.

Qeyd olunan materialdan hazırlanacaq geyimlər ABŞ və Böyük Britaniya orduları üçün nəzərdə tutulub. Bu səbəbdən də sınaqlar ABŞ-ın Corcie ştatındakı “Fort Benninq” hərbi təlim mərkəzində keçirilib.

Sınaqlardan sonra hərbçilər bildiriblər ki, yeni geyim onlara maskalanmaq üçün əlavə detallardan – aerozol rəngindən, maskalanmaq parçasından və digər əşyaların daşınmasından azad edəcək.