28/02/2019 11:52

Yeni “Hürkuş” təyyarələri hədəfi “Togan”la vuracaq

Türkiyənin TUSAŞ (Türk Havacılık və Uzay Sanayii A.Ş.) şirkəti tərəfindən istehsal olunan “Hürkuş-C” silahlı yüngül təyyarələri mat qara rəngə boyanıb.

TUSAŞ şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, “Hürkuş-C”nin T-129 ATAK helikopterlərində də istifadə olunan mat qara rəngə boyanması Jandarma pilotlarının tələbləri əsasında həyata keçirilb.

“Hürkuş” təyarə layihəsi çərçivəsində ilk mərhələdə Quru Qoşunları və Jandarma Qüvvələri üçün 18 ədəd təyyarənin tədarükü nəzərdə tutulub.

Məlumatda o da qeyd olunub ki, “Hürkuş-C” təyyarəsinin 2019-cu il mart ayı ərzində TÜBİTAK SAGE mərkəzinin “Togan” sursatı ilə atış testlərinin keçirilməsi planlaşdırılır.