10/03/2017 10:47

Yeni KF-X döyüş təyyarəsinin seriyalı istehsalına 2024-cü ildə başlanılacaq

“Korea Aerospace Industries” şirkəti KF-X yeni döyüş təyyarəsinin bir sıra komponentlərinin istehsalı məqsədilə ABŞ-ın “Triumph Group” şirkəti ilə saziş imzalayıb.

“AzeriDefence”nin “upi.com”a istinadən verdiyi məlumatına görə, KF-X təyyarəsinin yaradılması layihəsi Cənubi Koreya ilə İndoneziya tərəfindən birgə həyata keçirilir.

Bu təyyarənin istehsalı prosesində layihəyə cəlb olunan artıq ikinci ABŞ şirkətidir. Buna qədər isə ABŞ-ın “Textars” şirkəti ilə müqavilə imzalanmışdı.

Məlumatda o da qeyd olunub ki, təyyarənin ilk nümunəsi 2020-ci ildə hazır olacaq. KF-X-in seriyalı istehsalına isə 2024-cü ildə başlanılması planlaşdırılıb.